Haqqımızda
Barama?
Barama(Koza) İpəkqurdu(Tırtıl) adıyla tanıdığımız Sürüngən bir canlının, arzu etdiyi böyük dəyişimi üçün, öz ətrafına hördüyü inziva mühitinin adıdır.
O böyük bir gəlişim və dönüşüm içindədir və həyatının ən önəmli aşamasından keçir.
Sürüngən, Barama`nın içində ikən səssiz və ölü kimi hərəkətsizdir və bütün mücadələ ancaq onun öz iç dünyasında baş verməkdədir.
İndi artıq kimsə sürüngənin üzünü görəbilmir və bugün ondan görünən tək şey, öz ətrafına ipəkdən hördüyü möhkəm toxunuşlu münzəvi barınağıdır.
İndi Sürüngən ölüm qalım çabası içində olsa da, nə yazıq ki başqaları onun parlaq görünən tək barınağına belə göz tikiblər.
Onlar ilk fürsətdə o barınağı söküb onun ipək tellərinə sahib olmaq və faydalanmaq niyyətindədirlər.
Kimsə o barınağa dəyməməlidir! Yoxsa sürüngən öz böyük arzusuna yetişmədən öncə o parlaq görünən inzivanın içində öləcək.
Bu aşamanın da, elə ən çətin tərəfi budur.
Kainatın bəlli bir qanunu var və sürüngən tələsə bilməz! O, böyük oyanış və diriliş gününü içdən içə özünü yeyərək, səbirlə qədərini gözləməlidir!
Bu durumda ona toxtaqlıq verə bilən tək şey, o günü bir xülya kimi təsəvvür edə bilməsidir.
Çünki onun gözlədiyi o gün elə gözəldir ki, çəkilən hər ağrıya və dözülən hər möhnətə və zəhmətə dəyər!
Qaranlıq gecələrdə ulduzlar parıldasa da, nə yazıq ki bizim sürüngən o möhtəşəm görüntüləri görməkdən məhrumdur və balaca qaranlıq inzivasında, öz beynində qura bildiyi xəyallar ilə yetinməlidir.
Əlbəttə ki hər şeyin bir sonu olduğu kimi də, qaranlıq gecənin sonu da yaxınlaşmaqdadır.
Arada ötəsi bir zaman var…
Nəhayət aydın şəfəqli o səhər gəlib çatır, Barama`da yavaş yavaş bir titrəşimli hərəkətlər hiss olunur, bütün gözlər onun üzərindədir.
Hamı sürüngənin yenə sürünə sürünə barınağından çıxmasını gözləyir.
Amma o, Artıq bir sürüngən deyil, kimsənin tanımadığı göyçək və qanadlı bir varlıqdır.
Heyrət etməmək mümkün deyildir bu dəyişilməyə.
Bu başlı başına bir möcüzədir!
Ən azından, Zümrüdü quşunun öz külündən yaranması qədər bir möcüzə!
Bəs hanı o xor görünən gücsüz sürüngənimiz?! Artıq ona baxan gözlər, özgür, qanadlı və möhtəşəm gözəlliyə sahib olan yeni bir varlığı görür.
Onun adı artıq Kəpənək`dir.
Azadlığın,
alvan qanadların,
zərif uçuşun
mübarək olsun Kəpənək.
İştə mənim üçün Barama, bugün Güney Azərbaycan Türk millətinin yaşadığı münzəvi durumudur və o möhtəşəm qanadlı Kəpənək yaxın gələcəkdə varacağımız Azadlıq və Milli iqtidar və Səadətimizdir.
Və Barama Radyo, O millətin, Səadətli gələcəyə inanan, onun Azadlıq Səsidir.